Zelenski: Moskva sabah atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır
Digər ölkələr
- 11 may, 2025
- 12:50
Ukrayna Rusiya ilə danışıqlara hazırdır. Amma buna qədər Moskva mayın 12-dən atəşkəsi təsdiqləməlidir.
“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında Rusiya Prezidenti Vladimir Putinin İstanbulda birbaşa danışıqlar təklifinə cavab olaraq bildirib.
O, rusiyalıların müharibəni bitirmək barədə düşünmələrini “yaxşı əlamət” adlandırıb. Eyni zamanda, Zelenski qeyd edib ki, istənilən müharibəyə son qoyulması üçün ilk addım atəşkəsdir.
Xatırladaq ki, mayın 10-da Kiyevdə "Avropa koalisiyası" liderlərinin görüşü baş tutub. Böyük Britaniya, Almaniya, Polşa, Fransa və Ukrayna liderləri Rusiyadan 30 günlük atəşi dayandırmağı tələb ediblər.
Son xəbərlər
17:24
İran İsrail Ordusunun tezliklə Livandan çəkilməsini tələb edir
Region17:15
ABŞ-də meşənin söndürülməsi zamanı üç yanğınsöndürən həlak olub
Digər ölkələr17:04
Aİ zəlzələdən zərər çəkmiş Venesuelaya yardım üçün €5 milyon ayırıb
Digər ölkələr17:01
Xamenei: Tramp və Netanyahunun bəyanatları İrana qarşı cinayətlərin etirafıdır
Region16:40
Fransada təyyarə qəzasında 11 nəfər həlak olub
Digər ölkələr16:26
Həştərxanda qidadan zəhərlənənlərin sayı 23 nəfərə çatıb
Region16:23
Fransada istilərə görə ötən illərdən daha çox ölüm halları qeydə alınıb
Digər ölkələr16:12
Səudiyyə Ərəbistanında helikopter qəzası nəticəsində 14 nəfər həlak olub
Digər ölkələr16:02
Foto