Zelenski Cenevrədə ABŞ və Avropa tərəfdaşları ilə danışıqlar barədə məlumat verib

Digər ölkələr
  • 24 noyabr, 2025
  • 00:36
Zelenski Cenevrədə ABŞ və Avropa tərəfdaşları ilə danışıqlar barədə məlumat verib

Ukrayna Prezidenti Volodimir Zelenski Cenevrədə diplomatik danışıqların gedişi ilə bağlı bəyanat verərək ölkəsinin nümayəndə heyətinin fəal işini və beynəlxalq tərəfdaşlarının dəstəyini vurğulayıb.

"Report"un məlumatına görə, onun videomüraciəti sosial mediada yayılıb.

Onun sözlərinə görə, bu gün (dünən-red) Ukrayna nümayəndə heyəti ABŞ və Fransa, Almaniya, Kanada, Xorvatiya və Lüksemburq da daxil olmaqla Avropa ölkələrinin nümayəndələri ilə bir sıra görüşlər keçirib. Müharibənin bitməsi üçün lazım olan addımları müzakirə edilib və mövcud vəziyyət barədə məlumat mübadiləsi aparılıb.

"Amerika nümayəndələri ilə danışıqlar apardıq və Prezident (Donald-red) Trampın komandasının bizi dinlədiyinə dair siqnallar var", - Ukrayna Prezidenti qeyd edib.

O, həmçinin Ukrayna vahid mövqeyinin və effektiv nəticələr əldə etmək üçün nümayəndə heyətinin əlaqələndirilmiş hərəkətlərinin vacibliyini vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, diplomatik fəaliyyət gün ərzində davam edəcək və sabah da (bu gün -red) eyni dərəcədə intensiv iş gözlənilir. O, Ukraynanın prioritetinin etibarlı sülh, zəmanətli təhlükəsizlik, vətəndaşlarına və ölkəni Rusiya təcavüzündən qorumaq üçün həyatlarını qurban verənlərə hörmət olduğunu vurğulayıb.

Prezident beynəlxalq tərəfdaşlara kömək və məsləhətlərinə görə təşəkkür edib, Ukrayna xalqına dövlətin mövqeyini və milli maraqlarını dəstəklədiklərinə görə minnətdarlığını bildirib.

"İnsanlar bütün siyasi qərarlardan faydalanmalıdırlar, ona görə də biz hər addımda, bütün sənədlərdə, bütün tərəfdaşlarla çox diqqətlə, çox ciddi və diqqətli işləyirik", - o vurğulayıb.

Zelenski Cenevrədə ABŞ və Avropa tərəfdaşları ilə danışıqlar barədə məlumat verib

Son xəbərlər

Bütün Xəbər Lenti