Zelenski Avropaya səslənib: Sanksiya tətbiq etməmək üçün bəhanə axtarmayın
Digər ölkələr
- 13 sentyabr, 2025
- 20:18

Mən bütün tərəfdaşlarımızdan xahiş edirəm: daha sanksiyaların tətbiq edilməməsi üçün bəhanə axtarmağı dayandırın.
"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb.
O, Avropa ölkələrinə müraciət edərək yalnız sanksiyaların Rusiyanın apardığı müharibəyə son qoya biləcəyini vurğulayıb:
"Bu müharibənin sona çatmasını istəyən hər kəs Rusiya müharibə maşınının dayandırılması üçün zəruri olan addımları atmalıdır. Biz ABŞ-dən güclü addımlar, güclü sanksiya və tarif siyasəti gözləyirik. Elə bir siyasət ki, dünya üçün ciddi arqument olsun".
"Əgər Putin sülh istəmirsə, onu sülhə məcbur etmək lazımdır. Putinin müharibəsi, yalnız o – şəxsən özü – onu davam etdirə bilməyəndə bitəcək", - Zelenski qeyd edib.
Son xəbərlər
22:55
Kelloq Üçüncü Dünya müharibəsi ilə bağlı xəbərdarlıq edib
Digər ölkələr22:36
Bolqarıstanda hökumətin istefası tələbi ilə kütləvi etiraz aksiyaları keçirilib
Digər ölkələr22:26
Dünya çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb
Fərdi22:04
FHN: Ağdamda minik avtomobili ekskavatorla toqquşub, xəsarət alanlar var
Hadisə22:03
KİV: Rubio Polşanın hava məkanının pozulmasını təhlükəli hadisə adlandırıb
Digər ölkələr21:47
Video
Qərbi Azərbaycan Xronikası: İrəvan xanlığının unudulmuş mətbəx xəzinələri
Daxili siyasət21:36
Netanyahu HƏMAS rəhbərliyinin məhv edilməsində qətiyyətli olduqlarını bildirib
Digər ölkələr21:24
London polisi etiraz aksiyasında 9 nəfəri saxlayıb
Digər ölkələr21:08