Zelenski ABŞ-də neft, qaz və nüvə enerjisi məsələlərini müzakirə edib
- 17 oktyabr, 2025
- 12:58

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin aparıcı enerji şirkətlərinin rəhbərləri ilə görüşərək onlarla layihələrin həyata keçirilməsi perspektivlərini və maliyyələşdirilməsini müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
"Vaşinqtonda keçirilən görüşdə birgə qısamüddətli və uzunmüddətli layihələrin həyata keçirilməsi perspektivlərinə və onların maliyyələşdirilməsinə xüsusi diqqət yetirilib. Neft, qaz və nüvə enerjisi ilə bağlı təşəbbüsləri müzakirə etdik", - məlumatda qeyd olunub.
Görüşdə "Bechtel", "Fluence Energy, "GE Vernova", "Holtec International", "Invenergy, "Jacobs", "Mercuria", "Parsons", "TechMet USA", "Venture Global" və "Westinghouse Electric Company" şirkətlərinin nümayəndələri iştirak ediblər.