Yəmən husiləri İsrailə hücum edib
Digər ölkələr
- 15 noyabr, 2023
- 04:57
Yəmən husilərinin “Ansar Allah” hərəkatı Eylat da daxil olmaqla İsrailin bir neçə obyektinə raket zərbələri endirib.
“Report” “Al Masirah” telekanalına istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Saria bildirib.
Onun sözlərinə görə, İsrailin Fələstin ərazilərindəki müxtəlif hədəflərinə ballistik raketlərlə zərbələr endirilib.
Saria qeyd edib ki, raketlər “dronlardan istifadə etməklə eyni hədəflərə qarşı həyata keçirilən növbəti hərbi əməliyyatdan cəmi 24 saat sonra” buraxılıb.
O, həmçinin qeyd edib ki, husilər “Qırmızı dənizdə və ya onların sərəncamında olan pilotsuz təyyarələrin və raketlərin uçuş məsafəsi daxilində olan istənilən İsrail gəmisinə zərbə endirmək üçün” bütün əməli tədbirləri görməyə başlayıblar.
Son xəbərlər
02:37
Avropa müdafiə qabiliyyətini gücləndirir
Digər ölkələr02:33
Aİ liderləri: Hər hansı qərar Kiyevin iştirakı olmadan qəbul edilə bilməz
Digər ölkələr02:31
DÇ-2026: Kanada - Qətər oyununda ikinci qol vurulub - YENİLƏNİR-2
Futbol02:17
İran XİN İordan çayının Qərb sahilində baş verənləri pisləyib
Region02:13
Avstriya millisinin futbolçusunun dünya çempionatında çənə sümüyü sınıb
Futbol01:47
İsveçrə - Bosniya və Herseqovina oyununun ən yaxşısı müəyyənləşib
Futbol01:38
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 3 900 nəfəri ötüb
Digər ölkələr01:04
Aİ Türkiyə ilə bağlı Yunanıstana xəbərdarlıq edib
Region00:58
Foto