Yəməndə hökumət ilə üsyançılar arasında razılıq əldə olunmayıb
Digər ölkələr
- 28 iyul, 2016
- 23:38
Bakı. 29 iyul. REPORT.AZ/ Yəmən hökuməti üsyançı husilərlə aparılan danışıqları başa çatdırıb və tərəflər arasında heç bir razılaşma əldə olunmayıb.
"Report" "Frans Press"ə istinadən xəbər verir ki, bu barədə prezident Əbd Rəbbu Mənsur Hadi hökumətinin danışıqlardakı nümayəndə heyətinin üzvü Abdulla əl Olaymi məlumat verib.
"Danışıqlar tamamilə başa çatıb. Biz onlarda iştirak etdik və xalqımız naminə dözüm göstərdik və onun xeyri üçün də danışıqları başa çatdırırıq", — deyə o bildirib.
Cümə axşamı Yəməndə "Ənsar Allah" hərəkatından olan üsyançı husilərlə sabiq prezident Əli Abdulla Salehinin tərəfdarları — Ümumxalq Partiya Konqresi ölkənin gələcək idarəedilməsi üçün birgə Ali Siyasi Şuranın yaradılması barədə saziş imzalayıblar.
Son xəbərlər
10:32
"Liverpul" doqquz futbolçusu ilə yollarını ayırmağa hazırdır
Futbol10:31
"QazaqGaz" və SOCAR təbii qaz sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
Energetika10:25
Azərbaycan XİN Suriyanı Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət10:17
Makron İsraillə Livan arasında atəşkəsi alqışlayıb
Digər ölkələr10:09
Yaxın Şərqin enerji sektorunun bərpa olunacağı təxmini vaxt açıqlanıb
Energetika10:05
Azərbaycanda külək enerjisi istehsalı 26 dəfə artıb
Energetika09:52
Cənubi Koreya Hörmüz boğazından yan keçərək Qırmızı dənizlə neft tədarük edən ilk ölkə oldu
Energetika09:48
Foto
Azərbaycan ICAO ilə təlim xidmətlərinə dair razılaşma imzalayıb
İnfrastruktur09:36