Yəməndə baş vermiş döyüşlərdə 12 husi silahlısı öldürülüb
Digər ölkələr
- 24 aprel, 2017
- 00:32
Bakı. 24 aprel. REPORT.AZ/ Yəməndə hökumət qüvvələri ilə devrilmiş prezident Əli Abdulla Salihi dəstəkləyən "Ənsərullah" (husilər) hərəkatının üzvləri arasında döyüş baş verib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, silahlı qarşıdurma Taiz vilayətində qeydə alınıb.
Xalq qüvvələri müqavimətinin mətbuat katibi Abdulla əş-Şabi bildirib ki, döyüş zamanı 12 husi silahlısı öldürülüb. Onun sözlərinə görə, hökumət qüvvələri husilərin Taizin qərbində, Mevza ərazisinə nəzarətinə son qoyublar.
Bundan başqa onlar Lahic vilayətində Mevza və Kexbub rayonlarını əlaqələndirən yola da nəzarəti ələ alıblar.
Mətbuat katibi bildirib ki, döyüşlər zamanı hökumət qüvvələrinin də üç hərbçisi həlak olub.
Son xəbərlər
18:29
Gədəbəy və Göygölün bəzi kəndlərinə dolu düşüb - FAKTİKİ HAVA
Ekologiya18:25
Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib
İKT18:25
Aİ-nin Ermənistandakı missiyası Azərbaycanla sülh prosesi ilə məşğul olmayacaq
Digər ölkələr18:22
Foto
Video
Azərbaycanın hərbi gəmiləri şərti düşmənin kəfiyyat-diversiya qruplarını məhv edib
Hadisə18:22
Azərbaycan boksçuları Çində Dünya kubokunda mübarizə aparacaqlar
Komanda18:19
Azərbaycanda yaylaq ehtiyatlarının məhdudluğu bəzi fermerlər üçün problemlər yaradır
ASK18:17
Rüfət Səfərov 8 il azadlıqdan məhrum edilib
Hadisə18:12
Benyamin Netanyahudan İlham Əliyevə: Regional sabitliyə töhfə verən qətiyyətli mövqeyinizi çox yüksək qiymətləndirirəm
Xarici siyasət18:10