Yaşar Gülər: “F-16-larla bağlı ABŞ-dən müsbət addımlar gözləyirik”

Digər ölkələr
  • 13 iyul, 2023
  • 09:15
Yaşar Gülər: “F-16-larla bağlı ABŞ-dən müsbət addımlar gözləyirik”

“F-16-larla bağlı ABŞ-dən müsbət addımlar gözləyirik”.

“Report” “Sabah”a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə F-16-ların tədarükü və modernizasiyası ilə bağlı nəticələrin olacağına inanır: “NATO müttəfiqlərinin bir-birinə məhdudiyyətlər tətbiq etməsi doğru deyil. Bu, qəbuledilməzdir. Bu, NATO daxilindəki vəziyyətə də mənfi təsir edir”.