Yaponiyaya doğru güclü tayfun hərəkət edir
Digər ölkələr
- 11 oktyabr, 2019
- 08:53
Güclü "Haqibis" tayfunu Yaponiyaya doğru hərəkət edir.
"Report" TASS-a istinadən xəbər verir ki, o, gücünə görə 1958-ci ildə ölkəni cənginə almış və 1200-dən çox insanın ölümü ilə nəticələnmiş "İda" tayfunu ilə müqayisə olunur.
Mövcud məlumata görə, "Haqibis" oktyabrın 11-də Tokay və ya Kanto regionuna çatacaq. Bunun axşam saatlarında baş verəcəyi bildirilir.
Bir sutkadan sonra təbii fəlakətin Tohoku regionuna, şimal-şərqə doğru hərəkət edəcəyi gözlənilir.
Sinoptiklərin bildirdiyinə görə, tayfun özü ilə güclü külək və rekord miqdarda yağış gətirəcək. Bununla əlaqədar meteoroloqlar fırtına, torpaq sürüşməsi, eləcə də daşqın təhlükəsi barədə xəbərdarlıq edirlər.
Son xəbərlər
09:05
Xaçmaz rayonunda zəlzələ olub
Hadisə09:00
Azərbaycanın basketbol millisi bu gün İrlandiya ilə üz-üzə gələcək
Komanda08:50
Əraqçi "Hizbullah" və HƏMAS üzvləri ilə görüşüb
Region08:24
AP: Salonikidə meşə yanğını baş verib, insanlar təxliyə olunub
Digər ölkələr08:01
Yəmən husiləri İrana dəstək ifadə ediblər
Region07:41
Tramp Avropanın miqrasiya siyasətini tənqid edib
Digər ölkələr07:14
KXDR-də yeni esminesin silah sınaqları keçirilib
Digər ölkələr06:50
Bu gün mindən çox şəxs dövlət qulluğuna imtahan verəcək
Elm və təhsil06:25