Yaponiyada 1,3 milyon insan təxliyə edilir
Digər ölkələr
- 07 iyul, 2020
- 08:13
Yaponiyanın Fukuoka, Kumamoto, Naqasaki və Oita prefekturalarının, təxminən, 1,3 milyon sakininə ölkəni cənginə alan sel və daşqınlar səbəbi ilə təxliyə olunmaq tövsiyə edilib.
“Report” xəbər verir ki, bu barədə NHK telekanalı hadisə yerlərindən toplanmış informasiya əsasında məlumat verib.
Qeyd edək ki, iyulun 4-dən bəri təbii fəlakət nəticəsində ölkədə 52 nəfər ölüb, 2 nəfər ağır vəziyyətdədir, 12 nəfər itkin düşüb.
Təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün işə xilasedicilər və 10 min hərbçi cəlb olunub.
Leysan yağışları Küsü, Şikoku adalarına, eləcə də Yaponiyanın əsas adası olan Honsüyə ciddi ziyan vurub.
Son xəbərlər
04:01
Çindəki zooparkda 100-dən çox heyvanı sel aparıb
Digər ölkələr03:36
SEPAH: Xameneinin dəfn olunduğu Məşhəddə terror aktı törədilib
Region03:09
Barak Ravid: ABŞ ilə İran arasında danışıqlar davam etdirilir
Digər ölkələr02:43
Daçiç: Kosovo BMT-nin üzvü deyil və heç vaxt da olmayacaq
Digər ölkələr02:38
Didye Deşam: "Ardıcıl üçüncü dəfə dünya çempionatının yarımfinalına yüksəlmək böyük uğurdur"
Futbol02:27
Məhəmməd Vəhbi: "Mbappenin vurduğu qoldan əvvəl top ələ dəymişdi"
Futbol02:17
Kilan Mbappe Fransa - Mərakeş matçının ən yaxşı futbolçusu olub
Futbol02:00
Foto
DÇ-2026: Mərakeşə qalib gələn Fransa ilk yarımfinalçı olub - YENİLƏNİB-5
Futbol01:54