Yaponiyada iri miqyaslı yanğın zamanı 170 ev məhv olub

Digər ölkələr
  • 19 noyabr, 2025
  • 06:32
Yaponiyada iri miqyaslı yanğın zamanı 170 ev məhv olub

Yaponiyanın Oita şəhərində qeydə alınan və 170 evi məhv edən iri miqyaslı yanğın zamanı azı bir nəfər itkin düşüb.

"Report"un xəbərinə görə, bu barədə NHK telakanlı məlumat yayıb.

Yanğınsöndürmə işləri artıq 12 saatdan çoxdur davam edir və alovun nə vaxt söndürüləcəyi ilə bağlı hələ heç bir təxmin yoxdur.

Təhlükəsizlik səbəbindən yaxınlıqdakı binalardan 170-dən çox insan təxliyə edilib və evakuasiya mərkəzinə yerləşdirilib.

Yanğının baş verdiyi Saqanosukei rayonu kiçik limana bitişik sahil ərazisində yerləşir. Burada əsasən alçaq mərtəbəli binalar, taxta yaşayış evlər, bir və iki mərtəbəli kommersiya binaları üstünlük təşkil edir.

Şəhərin prefekturasında fəlakətlərin fəsadlarının aradan qaldırılması üzrə qərargahın iclası keçirilib, toplantıda yanğınla mübarizə üçün hərbi yardım istəmək qərara alınıb.

Son xəbərlər

Bütün Xəbər Lenti