Yaponiya fevralda GPS üçün yeddinci "Mitibiki" peykini buraxacaq

Digər ölkələr
  • 02 dekabr, 2025
  • 06:29
Yaponiya fevralda GPS üçün yeddinci Mitibiki peykini buraxacaq

Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) ölkənin GPS-i kimi tanınan qlobal "Quasi-Zenith Peyk Sistemi"ni (QZSS) dəstəkləmək üçün 1 fevral 2026-cı ildə daha bir "Mitibiki" (yaponca "yol göstərən") peykini orbitə buraxmağı planlaşdırır.

"Report"un xəbərinə görə, bu barədə JAXA məlumat yayıb.

QZSS üçün daha bir "Mitibiki" peykinin 7 dekabrda buraxılması planlaşdırılır. Buraxılışlar uğurlu olsa, orbitdə yeddi belə peyk olacaq və bu, Yaponiyaya xarici peyklərə etibar etmədən öz yerləşdirmə sisteminin etibarlı idarə olunmasına imkan verəcək.

QZSS sistemi smartfonların və digər cihazların yerləşmə dəqiqliyini artırmaq, eləcə də radiosiqnalların məhdud əhatə dairəsi olan ərazilərdə zəlzələlər və digər təbii fəlakətlər barədə təcili xəbərdarlıqlar ötürmək üçün nəzərdə tutulub.

Yaponiya mediasının məlumatına görə, mülki istifadəçilər üçün QZSS sisteminin dəqiqliyi yer səthindəki obyektlərin yerini bir neçə santimetr, Amerika GPS-i isə bir neçə metr səhv müəyyənləşdirməyə imkan verir.

Peyklər Yaponiyanın maye yanacaqla işləyən ən böyük H3 raket daşıyıcısı ilə buraxılır.

Son xəbərlər

Bütün Xəbər Lenti