Xorvatiya XİN: "Türkiyə Aİ-yə üzvlüyə namizəddir"

Digər ölkələr
  • 16 yanvar, 2024
  • 10:20
Xorvatiya XİN: Türkiyə Aİ-yə üzvlüyə namizəddir

Türkiyə Avropa İttifaqına (Aİ) üzvlüyə namizədddir.

“Report” xəbər verir ki, bu barədə Xorvatiya xarici işlər naziri Qordan Qrlic Ankarada türkiyəli həmkarı Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, rəsmi Ankara Aİ-nin açar dövlətidir.

Qeyd edək ki, Türkiyə Aİ-yə daxil olmaq üçün uzun müddətdir mübarizə aparır. Türkiyə bəyan edib ki, onun Aİ-yə üzvlüyünə yaşıl işıq yandırılacağı təqdirdə, İsveçin NATO-ya üzvlüyünü təsdiqləyəcək.