Vyetnamda qasırğa nəticəsində ölənlər var, 17 nəfər itkin düşüb
- 29 sentyabr, 2025
- 10:21

Vyetnamda "Bualoy" qasırğası nəticəsində iki nəfər həlak olub, 17 nəfər itkin düşüb.
Bu barədə "Report" "Reuters" agentliyinə istinadən məlumat verir.
Təbii fəlakətlərlə mübarizə agentliyinin məlumatına görə, Hue şəhərində bir nəfər daşqın nəticəsində, digəri isə Thanhoa vilayətində ağacın aşması nəticəsində ölüb.
Bundan başqa, Kuanqçi vilayətində 17 balıqçı itkin düşüb, fırtına zamanı daha bir balıqçı gəmisi ilə əlaqə kəsilib.
"Hazırda Bualoyda təbii fəlakət nəticəsində 245 ev zədələnib, 1400 hektara yaxın çəltik və digər əkin sahələrini su basıb", - məlumatda qeyd olunub.
Qasırğanın yaxınlaşmasından əvvəl hökumət 28 min 500-dən çox insanı təxliyə edib, mərkəzi vilayətlərdəki dörd hava limanının bağlanması səbəbindən yüzlərlə reys ləğv edilib və ya gecikib.