Vuçiç: Avropa Rusiya ilə müharibəyə hazırlaşır
- 12 noyabr, 2025
- 06:58
Serbiya prezidenti Aleksandr Vuçiç hesab edir ki, Avropa ölkələri Rusiya ilə mümkün hərbi münaqişəyə hazırlaşır.
"Report" xəbər verir ki, bu barədə Vuçiç "Pink TV"də Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Fabien Mandonun ölkə ordusunun 3-4 ildən sonra Rusiya ilə toqquşmaya hazır olması barədə bəyanatını şərh edərkən deyib.
Onun sözlərinə görə, Serbiya özünü qorumaq üçün ordusunu gücləndirməyə davam etməlidir: "Faktları təhlil etdikcə belə qənaətə gəlirəm ki, Avropa ilə Rusiya arasında müharibə getdikcə daha aydın görünür. Bu, sadəcə boş xəbər deyil. Hamı buna hazırlaşır. Biz ordunu gücləndirməkdə davam edirik və özümüzü ağıllı şəkildə silahlandırırıq. Biz ölkəmizi qorumaq üçün böyük sərmayələr qoymağa davam etməliyik.", - Vuçiç deyib.