Volqoqrad bazarında yanğın söndürülüb - YENİLƏNİB-2

Digər ölkələr
  • 31 avqust, 2025
  • 01:18
Volqoqrad bazarında yanğın söndürülüb - YENİLƏNİB-2

Volqoqrad bazarında pərakəndə satış pavilyonlarında baş verən yanğın tam söndürülüb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə baş idarəsinin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl yanğın 3,2 min kvadratmetr sahədə lokallaşdırılıb.

Yanğın şənbə günü Traktorozavodski rayonu, Mixaylova küçəsi, 3 ünvanında qeydə alınıb. Pərakəndə satış pavilyonları və məhsullar yanıb. İlkin olaraq yanğının sahəsi 1,2 min kvadratmetr olub. Yanğınla əlaqədar 14 nəfər həkimə müraciət edib, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən 6 nəfər xilas edilib. Ümumilikdə bazar ərazisindən 600 nəfər təxliyə olunub.

Rusiyanın Volqoqrad şəhərinın "Novıy Traktornı" geyim bazarında baş verən yanğında 14 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

"14 nəfər tibbi yardıma müraciət edib", - məlumatda deyilir.

Mütəxəssislər yanğının səbəblərini müəyyən etmək üçün araşdırma aparır.

Yanğın avqustun 30-da səhər saatlarında baş verib. Saat 12:00-a qədər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 3200 kvadratmetr sahədə yanğını lokallaşdırdıqlarını bildiriblər. 600 nəfər təxliyə edilib, 6 nəfər xilas olunub.

Rusiyanın Volqoqrad şəhərində bazarda böyük yanğın baş verib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, yanğının sahəsi artıq 3 min kv.m-ə çatıb. Ticarət pavilyonları yanır.

"Sıx tikililər yanğının söndürülməsini çətinləşdirir. Fasiləsiz su təchizatı təşkil edilib", - məlumatda bildirilib.

Yanğının söndürülməsinə 100-dən çox insan və 41 texnika cəlb olunub.