Vilayət rəhbəri: Müharibə başlayandan Kiyev vilayətində 30 mindən çox obyekt dağıdılıb

Digər ölkələr
  • 12 fevral, 2026
  • 17:44
Vilayət rəhbəri: Müharibə başlayandan Kiyev vilayətində 30 mindən çox obyekt dağıdılıb

Kiyev vilayəti bütövlükdə alternativ enerji təchizatına keçib.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın Kiyev vilayətinin rəhbəri Mikolay Kalaşnik bildirib.

O qeyd edib ki, buna səbəb Rusiya ordusunun paytaxt vilayətində bütün enerji infrastrukturunu məhv etməsidir:

"Nə qədər mümkündürsə alternativ enerji mənbələri kimi generatorlar, GES-lər istifadəyə verilir. Bu işdə aktiv humanitar dəstəyə görə Azərbaycana da dərin minnətdarlığımızı bildiririk".

M.Kalaşnik qeyd edib ki, müharibə başlayandan Kiyev vilayətində 30 mindən çox obyekt dağıdılıb ki, bunun da təxminən yarısı enerji obyektidir:

"Tərəfdaşlarımızın sayəsində təxminən 24 min obyekti bərpa etmək mümkün olub. Təəssüf ki, atəşlər davam edir".

Vilayət rəhbəri vurğulayıb ki, müharibənin əvvəlindən Azərbaycan hökumətindən, xalqından, maksimum dərəcədə güclü, çox vacib və yerinə düşən dəstək alıblar və Azərbaycan bu dəstəyini əsirgəmir.

Son xəbərlər

Bütün Xəbər Lenti