Vens: ABŞ-nin İranla münaqişəsi əbədi müharibə olmayacaq
Digər ölkələr
- 20 may, 2026
- 01:17
ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, İranla silahlı münaqişə Birləşmiş Ştatların növbəti "əbədi müharibəsinə" çevrilməyəcək.
"Report" xəbər verir ki, o, bu barədə Ağ Evdə mətbuat konfransında İrana qarşı hərbi əməliyyatların müddəti ilə bağlı suala cavabında deyib.
"Bu, əbədi davam edən bir şey olmayacaq", - Vens vurğulayıb. Onun sözlərinə görə, 11 həftəlik münaqişənin əhəmiyyətli hissəsi atəşkəs rejiminə keçib.
"Bu, əbədi müharibə deyil. Biz bunu edəcəyik və evə qayıdacağıq. Bunu ABŞ Prezidenti Donald Tramp vəd edib. Bunu məhz o edəcək", - vitse-prezident deyib.
Bununla yanaşı, Vens etiraf edib ki, bir çox amerikalılar, xüsusən onun nəslinin nümayəndələri xaricdəki uzun sürən hərbi münaqişələrdən narahatdırlar.
Son xəbərlər
23:48
Foto
DÇ-2026: İsveçrə - Bosniya və Herseqovina oyununun ilk hissəsində qolsuz bərabərlik - YENİLƏNİR
Futbol23:47
AMTŞ: Hörmüz boğazı ilə bağlı xərclər İran tərəfindən ödəniləcək
Region23:46
Çexiya millisinin baş məşqçisi: "Səhvlərə görə 3 xalı əldən verdik"
Futbol23:37
Tramp İsrail və Livanı tam atəşkəsə çağırıb
Digər ölkələr23:23
Vens: İsrail və "Hizbullah" arasında toqquşmalar riski qalmaqdadır
Digər ölkələr23:15
Sabah Bakı, Salyan və Masallının bəzi ərazilərində işıq olmayacaq
Energetika23:09
Hüqo Bros: "Çexiya ilə oyunumuzun heç-heçə bitməsi təəssüf doğurur"
Futbol23:08
Foto
Diasporla İş üzrə Dövlət Komitəsinin Serbiya üzrə koordinatoru seçilib
Diaspor23:02