Venesuelada daha 116 məhkum azadlığa buraxılıb

Digər ölkələr
  • 12 yanvar, 2026
  • 18:48
Venesuelada daha 116 məhkum azadlığa buraxılıb

Venesuela hakimiyyəti respublikada konstitusiya qaydasını pozan 116 məhkumu azadlığa buraxıb.

"Report" xəbər verir ki, bu barədə Bolivar Respublikasının Penitensiar Xidmətlər Nazirliyinin bəyanatında bildirilib.

"Son saatlarda 116 məhkum azadlığa buraxılıb. 2025-ci ilin dekabrında azadlığa buraxılanların sayı 187 nəfər idi", - məlumatda qeyd edilib.

Bəyanata görə, qərar konstitusiya qaydasını pozan vətəndaşlara qarşı qəbul edilib, ölkədə sülh və sabitliyin gücləndirilməsinə yönəlib.

Ötən həftə Venesuelanın Milli Assambleyasının (parlamentin) sədri Xorxe Rodriges milli birlik və dinc yaşayışa töhfə vermək məqsədilə həbsdə olan çoxsaylı Venesuela və xarici vətəndaşların azad edilməsi barədə qərar qəbul edildiyini bildirmişdi.

Bundan əvvəl İtaliyanın Baş naziri Corciya Meloni Venеsuelanın iki italiyalı məhkumu azadlığa buraxdığını söyləmişdi.

Son xəbərlər

Bütün Xəbər Lenti