Pandemiya hələ ictimai səhiyyə üçün fövqəladə vəziyyət yaradır
Digər ölkələr
- 01 avqust, 2020
- 18:13

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət rejimini növbəti 3 ay müddətinə uzadıb.
"Report" xəbər verir ki, bu barədə ÜST-ün Fövqəladə Vəziyyət üzrə komitəsinin Cenevrədə keçirilmiş müşavirəsinin yekununda bildirilir.
Vurğulanır ki, komitə "beynəlxalq narahatlığa səbəb olan pandemiyanın hələ ictimai səhiyyə üçün fövqəladə vəziyyət yaratması ilə yekdilliklə razılaşıb". Komitə rejimin uzadılması haqqında tövsiyəsini baş direktor Tedros Adanom Qebreyesusa təqdim edib və ÜST rəhbəri təkliflə razılaşıb.
Bununla əlaqədar olaraq "komitə baş direktorun qərarı ilə üç ay ərzində yenidən çağırılacaq", - xəbərdə deyilir.
Son xəbərlər
14:01
Elnur Məmmədov: Peru Azərbaycanla viza rejimini tamamilə ləğv etməyi təklif edir
Turizm14:00
İqtisadi Elmi Tədqiqat İnstitutu auditor seçib
Maliyyə13:40
Azərbaycan Həndbol Federasiyasının rəsmisi: "Komandalarımızın təcrübəsi çox olsaydı, xatirə turnirində daha yüksək yerlər tutardılar"
Futbol13:40
Bakının 28 May küçəsindəki tarixi abidənin icazəsiz konstruksiyaları sökülür
İnfrastruktur13:29
Azərbaycanda 544 nəfər ölümündən sonra donor olmaq üçün qeydiyyatdadır - RƏSMİ
Sağlamlıq13:26
Yuri Qusev Slovakiyanın Azərbaycandakı səfiri ilə görüşüb
Xarici siyasət13:23
Putin Türkiyə və Özbəkistandakı səfirləri dəyişib
Region13:21
Azərbaycanda 4SİM Mərkəzi auditor seçib
Maliyyə13:21