ÜST koronavirusu beynəlxalq səviyyəli təhlükə elan edib
Digər ölkələr
- 30 yanvar, 2020
- 20:42
Ümumdünya Səhiyyə Təşkilatı Çində yeni koronavirusun beynəlxalq səviyyəli təhlükəsini qeyd edib.
“Report” xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Tedros Adanom Qebreyesus bildirib.
"Biz bilmirik, əgər bu virus səhiyyə sistemi zəif olan ölkədə yayılsa, hansı zərəri vuracaq. Biz bu dövlətlərə belə vəziyyətlərə hazırlaşmağa kömək etməliyik. Bu səbəbdən mən koronavirusun qlobal səviyyədə yayılması ilə əlaqədar beynəlxalq narahatlığa səbəb olan fövqəladə vəziyyət elan etdim", - deyə o bildirib.
Ən son məlumata görə, bütün dünyada artıq 7834 insan koronavirusa yoluxub. Xəstəliyə 7736 yoluxma hadisəsi Çində, 98-i isə digər 18 ölkədə qeydə alınıb. Xəstələrdən 1370-i ağır vəziyyətdədir. Koronavirusdan 170 insan dünyasını dəyişib.
Son xəbərlər
12:20
Azərbaycandakı bankların depozit portfelinin məbləğinə görə renkinqi (01.07.2026)
Maliyyə12:18
Stavropoldakı istirahət mərkəzində 80 nəfər zəhərlənib
Digər ölkələr12:15
"Kəpəz" komandasında baş məşqçi Azər Məmmədovun köməkçiləri açıqlanıb
Futbol12:02
Argentinanın 50 min azarkeşi DÇ-2026-nın finalında komandanı dəstəkləmək üçün Nyu-Yorka gedib
Futbol12:00
Azərbaycandakı bankların öhdəliklərinin məbləğinə görə renkinqi (01.07.2026)
Maliyyə11:53
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başlayıb
Biznes11:45
Avropa çempionatı: Azərbaycanın çimərlik futbolu millisi pley-off mərhələsinə yüksəlib
Futbol11:40
Azərbaycandakı bankların vaxtı keçmiş kreditlərinin məbləğinə görə renkinqi (01.07.2026)
Maliyyə11:26