“United Airlines” iyunun 5-dən Təl-Əvivə uçuşları bərpa edəcək
Digər ölkələr
- 31 may, 2025
- 11:51
ABŞ-nin “United Airlines” aviaşirkəti iyunun 5-dən Nyu-Yorkdan Təl-Əvivə uçuşları bərpa edəcək.
“Report” “Times of İsrael” nəşrinə istinadən xəbər verir ki, bu barədə aviaşirkətin məlumatında bildirilib.
Qeyd olunub ki, bu qərar vəziyyətin ətraflı qiymətləndirilməsi, həmçinin bort bələdçiləri və pilotların maraqlarını təmsil edən həmkarlar ittifaqları ilə sıx əməkdaşlıqdan sonra qəbul edilib.
“United Airlines” Nyu-Yorkun Nyuark hava limanı ilə Təl-Əvivin Ben-Qurion hava limanı arasında uçuşları mayın 4-də dayandırmışdı. Buna səbəb Yəməndən atılan ballistik raketin İsrailin əsas hava limanı ərazisinə düşməsi olub.
Son xəbərlər
05:22
Xəzər dənizində zəlzələ baş verib
Hadisə05:19
SEPAH mina təhlükəsinə görə Hörmüz boğazından keçid üçün yeni qaydalar tətbiq edib
Region04:51
Pakistanın ABŞ-dəki səfiri: Livanın adı razılaşma mətnində açıq şəkildə qeyd edilib
Region04:33
Tramp: NATO ehtiyac duyduğumuz zaman köməyimizə gəlmədi
Digər ölkələr04:14
Tramp NATO Baş katibi Rütte ilə görüşüb
Digər ölkələr03:42
Rusiya XİN İrandakı atəşkəsin Ukrayna üzrə danışıqlara təsirini qiymətləndirib
Region03:07
Şimali Koreya elektromaqnit silahını sınaqdan keçirib
Digər ölkələr02:26
ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının keçmiş əməkdaşı məlumatları mediaya sızdırdığı üçün həbs edilib
Digər ölkələr01:50