Umerov: Ukrayna üzrə sülh planının razılaşdırılması son mərhələdədir

Digər ölkələr
  • 23 noyabr, 2025
  • 21:09
Umerov: Ukrayna üzrə sülh planının razılaşdırılması son mərhələdədir

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün sülh planının təsdiqlənmənin son mərhələsində olduğunu bildirib.

"Report"un məlumatına görə, o, bunu Cenevrədə plan danışıqları çərçivəsində Ukrayna nümayəndə heyətinin görüşlərinin ilkin nəticələrindən sonra teleqram kanalında yazıb.

"Sənədin hazırkı redaktəsi, təsdiqlənmənin son mərhələsində olsa da, artıq Ukraynanın əsas prioritetlərinin əksəriyyətini əks etdirir. Biz ABŞ ilə konstruktiv əməkdaşlığı və onların şərhlərimizə diqqətli olmasını yüksək qiymətləndiririk - bu, bizə birgə prosesdə irəliləməyə imkan verir. Bu gün daha da irəliləyiş gözləyirik", - paylaşımda bildirilir.

Qeyd edək ki, 23 noyabrda Ukrayna nümayəndə heyəti münaqişəyə son qoymaq üçün addımları müzakirə etmək üçün İsveçrədə Avropa tərəfdaşları və Amerika nümayəndə heyəti ilə görüşlərə başlayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti