Ukrayna və Macarıstan liderləri arasında telefon danışığı olub

Digər ölkələr
  • 21 iyun, 2022
  • 12:21
Ukrayna və Macarıstan liderləri arasında telefon danışığı olub

Ukrayna Prezidenti Volodimir Zelenski və Macarıstanın Baş naziri Viktor Orban arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı tviterdə bildirib.

“Ukraynanın suverenliyinə verdiyi dəstəyə və müharibə zamanı ukraynalıların üçün sığınacağa görə təşəkkür etdim. Enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəldik. Namizəd statusunu dəstəklədiyiniz üçün təşəkkür edirik. Onu Ukraynaya səfərə dəvət etdim”, - Ukrayna lideri qeyd edib.