Ukrayna Rusiyanın neft emalı zavoduna yenidən zərbə endirib
Digər ölkələr
- 28 noyabr, 2025
- 14:49
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Saratov neft emalı zavoduna (NEZ) zərbə endirib.
"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına istinadən məlumat yayıb.
Eyni zamanda məlumatda qeyd edilib ki, Rusiya işğalı altında olan Krımın Saki şəhərində dronların saxlanma yerinə də zərbə endirilib.
Ukrayna Silahlı Qüvvələri daha əvvəl noyabrın 11-nə keçən gecə Saratov neft emalı zavoduna zərbə endirmişdi.
NEZ 2013-cü ilin martından Rusiyanın "Rosneft" şirkətinin tərkibinə daxildir. Müəssisə 20-dən çox növ neft məhsulu - benzin, mazut, dizel yanacağı və s. istehsal edir.
Son xəbərlər
17:18
"Kəpəz"in bıçaqlanan futbolçusu Veysəl Rzayev yaxın müddətdə məşqlərə başlayacaq
Futbol17:09
Gəncədə evinin dam örtüyünü təmir edən şəxs yıxılaraq ölüb
Hadisə17:09
Fidanla Əraqçi müharibənin gedişatını müzakirə edib
Region17:08
Azərbaycandan gilas tinglərinin Özbəkistana ixracına icazə verilib
ASK17:08
Mədəniyyət Nazirliyinin yeni strukturunda 13 şöbə, 4 sektor formalaşdırılıb
Mədəniyyət siyasəti17:05
Azər Maqsudov cəzadan azad edilib
Hadisə17:02
Foto
Video
Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Xarici siyasət17:01
Şahin Bağırov Göygöldə vətəndaşları qəbul edəcək
Biznes17:01