Ukrayna Rusiyanın kimya zavoduna hücum edib, dörd nəfər ölüb
Digər ölkələr
- 25 fevral, 2026
- 13:06
Ukrayna Silahlı Qüvvələri fevralın 25-nə keçən gecə Rusiyanın Smolensk vilayətinin Doroqobuj şəhərindəki "Doroqobuj" kimya zavoduna hücum edib.
"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.
Məlumata əsasən, Ukrayna PUA-sının zərbələri kimya zavodunun ərazisində yanğına səbəb olub.
"Doroqobuj" ASC Smolensk vilayətində iri sənaye müəssisəsidir və azot gübrələrinin və kimya məhsullarının istehsalı üzrə ixtisaslaşıb.
Öz növbəsində, regionun qubernatoru Vasili Anoxin bildirib ki, hücum nəticəsində zavodun dörd əməkdaşı həlak olub, 10 nəfər yaralanıb.
"Doroqobuj" mülki müəssisəsi hücuma məruz qalıb. Müəssisənin dörd əməkdaşı peşəkar xidməti borcunu yerinə yetirərkən faciəvi şəkildə həlak olub. 10 nəfər yaralanıb", - o qeyd edib.
Son xəbərlər
15:30
İsveçrədə keçiriləcək referendumda nağd pulun gələcəyi müəyyənləşəcək
Digər ölkələr15:26
Azərbaycanlı karateçiyə antidopinq qaydalarının pozulmasına görə sanksiya tətbiq edilib
Fərdi15:14
Fuat Oktay: Xocalıdakı kimi qətliamları heç vaxt unutmamalıyıq
Hadisə15:11
Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Hadisə15:10
Norveçli mütəxəssis "Kayserispor"un baş məşqçisi olub
Futbol15:09
Foto
Azərbaycan və EBRD su-şəhər infrastrukturu layihələrini müzakirə ediblər
Maliyyə15:06
Foto
Video
Xocalı soyqırımının ildönümü ilə bağlı Fransada anım mərasimi təşkil edilib
Digər ölkələr15:05
Fuat Oktay: Rusiya-Ukrayna müharibəsinin bitməsini istəməyən qüvvələr var
Region15:05