Ukrayna, Polşa və Litva prezidentləri Vilnüsdə danışıqlar aparacaqlar

Digər ölkələr
  • 23 yanvar, 2026
  • 15:01
Ukrayna, Polşa və Litva prezidentləri Vilnüsdə danışıqlar aparacaqlar

Ukrayna, Polşa və Litva prezidentləri Volodimir Zelenski, Karol Navrotski və Gitanas Nauseda yanvarın 25-də Vilnüsdə Ukraynada sülh şərtlərini müzakirə etmək üçün görüşəcəklər.

"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Polşa Prezidentinin sözçüsü Rafal Leşkeviç deyib.

Məlumata görə, Zelenski və Navrotski Litva Prezidenti Nauseda ilə birlikdə Vilnüsdə Yanvar üsyanının 163-cü ildönümünə həsr olunmuş tədbirə qatılacaq, mühüm siyasi məsələləri, eləcə də Ukraynada sülhün şərtlərini müzakirə edəcəklər.

Leşkeviçin sözlərinə görə, prezidentlərin görüşü Vilnüs Arxikafedral Kilsəsində ibadət zamanı baş tutacaq.

"Prezident Navrotski hesab edir ki, sülhün şərtləri ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi danışıqlar yolu ilə hazırlanmalıdır, lakin yekun şərtlər ukraynalılar tərəfindən qəbul edilməlidir", - sözçü bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti