UKrayna "Patriot" tədarükü üçün növbə qaydasını dəyişdirməyi təklif edir

Digər ölkələr
  • 23 oktyabr, 2025
  • 17:34
UKrayna Patriot tədarükü üçün növbə qaydasını dəyişdirməyi təklif edir

Ukrayna Avropaya "Patriot" hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün növbə qaydasını dəyişdirməyi təklif edir, çünki sistemlərə malik bəzi ölkələr onlardan Ukrayna kimi istifadə etmir.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Prezident Volodimir Zelenski Avropa Şurasının iclasında bildirib.

"Biz ABŞ hökuməti və müdafiə şirkətləri ilə "Patriot" sistemləri barədə danışdıq. Hətta Avropa və biz sistemlərə, eləcə də raketlərə görə ödəniş etsək belə, tədarüklər üçün gözləmə növbəsi yenə də var və bəzi ölkələr bizdən öndədir və ya artıq "Patriot" sistemlərinə malikdir. Ancaq xoşbəxtlikdən, onlar bu sisteməri bizim istifadə etdiyimiz kimi istifadə etməli deyil və biz qaydanın dəyişdirilməsini təklif edirik", - o qeyd edib.

V.Zelenskinin sözlərinə görə, Ukrayna sistemləri indi alacaq və növbəsi gələndə onları geri qaytarmağa və ya dəyişməyə hazırdır.

Həmçinin prezident tərəfdaşları noyabrda diqqəti PURL proqramına cəmləməyə çağırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti