Ukrayna ordusunun Baş Qərargahı Ryazan neft emalı zavoduna zərbə endirdiyini açıqlayıb
Digər ölkələr
- 06 dekabr, 2025
- 18:08
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Ryazan neft emalı zavodunun infrastrukturuna zərbə endirib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri Ukrayna Silahlı Qüvvələri Baş Qərargahına istinadən məlumat yayıb.
"Obyektdə yanğın qeydə alınıb. Nəticələr və zərərin dərəcəsi dəqiqləşdirilir", - Baş Qərargahdan bildirilib.
Ukrayna KİV-lərinin məlumatına görə, Ryazan neft emalı zavodu ildə 17,1 milyon ton neft emalı gücünə malikdir, Rusiyanın ən böyük neft emalı müəssisələri sırasına daxildir və benzin, reaktiv yanacaq, dizel və digər neft məhsulları istehsal edir.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Ryazan neft emalı zavoduna pilotsuz uçuş aparatları ilə dəfələrlə zərbələr endirdiyini bildirmişdi.
Son xəbərlər
16:42
Foto
Azərbaycan kamandan oxatanları beynəlxalq turnirdə uğurla çıxış ediblər
Fərdi16:35
Foto
Azərbaycan məhsulları Ankarada beynəlxalq xeyriyyə tədbirində maraqla qarşılanıb
Region16:30
Xəzər dənizindən qanunsuz qum-çınqıl daşıyan şəxslər saxlanılıb
Hadisə16:24
Viktor Orban dekabrın 8-də Türkiyəyə səfər edəcək
Region16:07
Coşua Van XXI əsrdə doğulan ilk UFC çempionu kimi tarixə düşüb
Fərdi15:53
İsrailin Baş naziri və Almaniya kansleri Qüdsdə görüşüblər
Digər ölkələr15:51
Premyer Liqa: "Şamaxı" səfərdə "Karvan-Yevlax"a qalib gəlib
Futbol15:35
Benində çevriliş cəhdinin qarşısı alınıb - YENİLƏNİB-2
Digər ölkələr15:21