Ukrayna ilk dəfə "Genişləndirilmiş tərəfdaşlıq" statusunu alıb

Digər ölkələr
  • 05 noyabr, 2025
  • 15:38
Ukrayna ilk dəfə Genişləndirilmiş tərəfdaşlıq statusunu alıb

Ukrayna Birgə Ekspedisiya Qüvvələri (JEF) ilə "Genişləndirilmiş tərəfdaşlıq" statusu alıb, müvafiq memorandumu JEF üzv ölkələrinin müdafiə nazirləri imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal teleqram kanalında məlumat yayıb.

JEF 2015-ci ildə Böyük Britaniya tərəfindən yaradılmış hərbi koalisiyadır. Tərkibinə Danimarka, Finlandiya, Estoniya, İslandiya, Latviya, Litva, Niderland, İsveç və Norveç daxildir.

D.Şmıqal vurğulayıb ki, "Genişləndirilmiş tərəfdaşlıq" statusunu ilk dəfə birliyin üzvü olmayan dövlət alıb.

"Norveçin müdafiə naziri Tore Sandvikə və Böyük Britaniyanın müdafiə naziri Con Hiliyə dəvət üçün təşəkkür edirəm. Ukrayna Prezidenti Volodimir Zelenskinin təşəbbüsü sayəsində ölkəmiz ilk dəfə JEF üzv ölkələrinin müdafiə nazirlərinin iclasında təmsil olunub. Bu tarixi andır", - o, teleqram kanalında yazıb.

Son xəbərlər

Bütün Xəbər Lenti