UKMTO: Qətər sahillərində tanker mərmi ilə vurulub
Digər ölkələr
- 01 aprel, 2026
- 05:43
Qətər sahilləri yaxınlığında, Fars körfəzi akvatoriyasında tanker naməlum mərmi ilə vurulub.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) "X" sosial şəbəkəsində məlumat yayıb.
"UKMTO-ya Qətərin paytaxtı Dohadan 17 dəniz mili şimalda baş vermiş insident barədə məlumat daxil olub. Təhlükəsizlik zabitinin məlumatına görə, tanker sol bortundan naməlum mərmi ilə vurulub ki, bu da gəminin gövdəsinin zədələnməsinə səbəb olub", - paylaşımda qeyd olunub.
Vurğulanıb ki, gəminin heyət üzvləri xəsarət almayıblar və təhlükəsizlikdədirlər. Baş vermiş insident nəticəsində ekoloji zərər qeydə alınmayıb.
Son xəbərlər
21:02
"Exit-poll": Paşinyanın partiyası seçkilərdə səslərin 56,7%-ni toplayıb
Region20:52
Azərbaycanın dövlət qurumlarının əməkdaşları III Dünya Korporativ Oyunlarında uğur qazanıblar
İdman20:40
Antonelli Monako Qran-prisinin qalibi olub
Formula 120:35
Qalibaf: ABŞ İranla atəşkəsə əməl etmir
Region20:20
Hakan Fidan: ABŞ ilə İran arasında istənilən razılaşma İsrailin maraqlarına uyğun deyil
Region20:16
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub
Komanda20:12
Foto
Azərbaycan cüdoçuları Avropa Açıq Turnirini 3 medalla başa vurub
Komanda20:02
Ermənistanda keçirilən parlament seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
Region19:50