UKMTO: Oman körfəzində gəmiyə mərmi atılıb
Digər ölkələr
- 25 iyun, 2026
- 19:42
Oman körfəzində yük gəmisi mərmi zərbəsinə məruz qalıb.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) saytındakı bəyanatda bildirilib.
"Yük gəmisi naməlum mərminin zərbəsinə məruz qalıb, bu da zədələnməyə səbəb olub", - bəyanatda qeyd olunub.
Britaniyanın dəniz idarəsi bildirib ki, hadisə Omanın Dahit bölgəsindən 7,5 dəniz mili (13,89 kilometr) cənub-şərqdə baş verib.
Qeyd olunub ki, hadisə nəticəsində xəsarət alan yoxdur və ətraf mühitə ziyan dəyməyib.
UKMTO bu ərazidəki gəmilərə keçid zamanı ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.
Son xəbərlər
03:44
DÇ-2026: Konqo - Özbəkistan matçında hesab açılıb - YENİLƏNİR
Futbol03:36
İsrail qoşunlarını Livanın cənubundakı iki yaşayış məntəqəsindən çıxaracaq
Digər ölkələr03:30
DÇ-2026: Kolumbiya - Portuqaliya oyunu başlayıb
Futbol03:12
İngiltərə millisinin futbolçusu Cud Bellinqem Panama ilə matçın ən yaxşısı seçilib
Futbol03:10
Xorvatiya - Qana görüşündə ən yaxşı futbolçu Petar Suçiç olub
Futbol02:58
DÇ-2026: Xorvatiya Qananı məğlub edərək qrup ikincisi olub - YENİLƏNİB-6
Futbol02:54
Foto
DÇ-2026: Panamaya qalib gələn İngiltərə qrupda birinci yeri tutub - YENİLƏNİB-4
Futbol02:48
BMT Venesuelada baş verən zəlzələdən zərər çəkənlərin sayını açıqlayıb
Digər ölkələr02:22