Türkiyə parlamentinin sədri İsrail siyasətçilərinə çağırış edib
Digər ölkələr
- 13 dekabr, 2023
- 08:59
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Qəzzada atəşkəsin əldə olunmasına qarşı çıxan İsrail siyasətçilərinin bundan sonra axacaq qana görə məsuliyyət daşıdıqlarını bildirib.
“Report”un xəbərinə görə, o, “Qəzzada qadın və uşaq olmaq” adlı konfransda çıxışı zamanı deyib ki, müharibə tez-gec bitəcək.
“Bizim bütün səylərimiz isə haqqın yanında olmağa yönəlib”, - N.Kurtulmuş vurğulayıb.
Parlament sədri, həmçinin Ankaranın ədalətli sülh tərəfdarı olduğunu vurğulayıb.
N.Kurtulmuş söyləyib ki, cəmi bir neçə dövlət BMT-nin sülhlə bağlı təklifinə veto qoyur.
Onun sözlərinə görə, bəşəriyyəti daha çətin günlər gözləyir.
Qeyd edək ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.
Son xəbərlər
11:01
İlham Əliyev Makronu təbrik edib
Xarici siyasət11:00
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Milli Məclis10:59
"Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 2 % azalıb
Maliyyə10:59
İlham Əliyev: Şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir
Xarici siyasət10:59
İlham Əliyev Qarabağa səfər etdiyinə görə Slovakiya Prezidentinə təşəkkür edib
Digər10:56
Ərdoğan: 15 iyul gecəsi Türkiyə xalqının göstərdiyi cəsarətin demokratiya tarixində bənzəri yoxdur
Region10:55
Azərbaycan Prezidenti: Slovakiya ilə gündəliyimiz genişdir
Xarici siyasət10:53
İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub
Xarici siyasət10:51
Video