Türkiyə İdlibdə “Bahar qalxanı” əməliyyatına başladı
Digər ölkələr
- 01 mart, 2020
- 11:57
Türkiyə Suriyanın İdlib vilayətində 27 fevral tarixindən “Bahar qalxanı” əməliyyatına başlayıb.
“Report”un məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulisi Akar bildirib.
Onun sözlərinə görə, əməliyyatın məqsədi Rusiya ilə qarşıdurma yaratmaq deyil:
“Əsas məqsəd Suriya rejiminin qətliamına son qoymaq, rejim tərəfindən törədilən cinayətlərin və miqrasiya dalğasının qarşısını almaqdır”.
H. Akar həmçinin qeyd edib ki, əməliyyat çərçivəsində Əsəd rejiminə məxsus 1 PUA, 8 helikopter, 103 tank, 72 haubitsa, 3 hava hücumundan müdafiə sistemi məhv edilib və 2 212 hərbçi zərərsizləşdirilib.
Son xəbərlər
03:00
DÇ-2026: Portuqaliya - Xorvatiya oyunu başlayıb
Futbol02:57
Ronaldu dünya çempionatından sonra Portuqaliya millisindəki karyerasını başa vuracaq
Futbol02:45
Əli Xamenei ilə vida mərasimində Türkiyəni Cevdet Yılmaz təmsil edəcək
Region02:09
Rusiyada yanacaq qıtlığı fonunda il sonunadək "Avro-3" benzininin dövriyyəsinə icazə verilib
Region01:46
Albaniya müdafiə xərclərini təxminən 110 milyon avroyadək artıracaq
Digər ölkələr01:39
Luis de la Fuente: "Avstriyanı bütün komponentlərdə üstələdik"
Futbol01:34
Lamin Yamal İspaniya - Avstriya matçının ən yaxşısı seçilib
Futbol01:17
Kanada və Avropa iki ildə müdafiə ehtiyaclarına 250 milyard dollar yönəldəcək
Digər ölkələr00:59
Foto