Tunisdə daşqınlar bir neçə nəfərin həyatına son qoyub
Digər ölkələr
- 23 sentyabr, 2018
- 19:12
Bakı. 23 sentyabr. REPORT.AZ/ Tunisdə daşqınlar bir neçə nəfərin həyatına son qoyub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Mosaique.fm" radiostansiyası xəbər verib.
Xəbərdə bildirilir ki, leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində ölkənin şimal-şərqindəki Nabel vilayətində 5 nəfər ölüb. Bunlar 20 və 25 yaşlı qızlar, həmçinin 30, 50 və 68 yaşlı kişilərdir.
Təbii hadisə həmçinin avtomobil və piyada körpülərinə ciddi zərər vurub. Körpülərdən bəziləri hətta dağılıb. Bir neçə kəndlə avtomobil yolu ilə gediş-gəliş çətinləşib.
Ölkədə onlarla nəqliyyat vasitəsi və binaların 1-ci mərtəbəsində yerləşən mağazalar suyun altında qalıb.
Son xəbərlər
02:45
DÇ-2026: Finalçılar mükafatlandırılıb, Rodri turnirin ən yaxşı futbolçusu seçilib
Futbol02:23
İspaniya yığması yeni rekord müəyyənləşdirib
Futbol02:19
De la Fuente dünya və Avropa çempionluğunu qazanan üçüncü baş məşqçi olub
Futbol02:17
Ferran Torres İspaniya - Argentina matçının ən yaxşısı seçilib
Futbol02:13
Mbappe DÇ-2026-nın bombardiri olub
Futbol02:02
İspaniya DÇ-2026-nın qalibi olub - YENİLƏNİB-6
Futbol01:40
Meşə yanğını Fransanın cənubunda dəmir yolu əlaqəsini iflic edib
Digər ölkələr01:20
ABŞ Yaxın Şərqə əlavə F-16 və F-35 qırıcıları göndərir
Digər ölkələr00:50