Tramp Zelenskini Vaşinqtonda qəbul etməyi planlaşdırır
Digər ölkələr
- 13 oktyabr, 2025
- 18:32
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini oktyabrın 17-də Vaşinqtonda qəbul etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bunu "Financial Times"ın müxbiri Kristofer Miller üç mənbəyə istinadən "Х"da yazıb.
"Planlardan xəbərdar olan üç mənbə bildirib ki, ABŞ Prezidenti Donald Tramp cümə günü Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul etməyi planlaşdırır.
Səfər keçən həftə sonu liderlər arasında baş tutan iki telefon danışığından sonra həyata keçiriləcək. Telefon danışıqları zamanı onlar "Tomahawk" raketlərinin satışını və Rusiya ilə münaqişənin dayandırılması yollarını müzakirə ediblər", - o yazıb.
Son xəbərlər
05:07
Karlo Ançelotti: "Mərakeşlə oyundakı heç-heçədən razıyam"
Futbol05:02
DÇ-2026: Haiti - Şotlandiya oyunu start götürüb
Futbol04:36
Braziliya - Mərakeş oyununun ən yaxşı futbolçusu açıqlanıb
Futbol04:05
DÇ-2026: Braziliya Mərakeşlə bərabərə qalıb - YENİLƏNİB-5
Futbol03:59
Rəsmi Pxenyan: Ölkənin nüvəsizləşdirilməsi məsələsi artıq bağlanıb
Digər ölkələr03:15
BFMTV: İyunun 17-də Versal sarayında Trampın şərəfinə rəsmi qəbul veriləcək
Digər ölkələr03:06
FIFA Misir millisinin formasında dəyişiklik edilməsini istəyib
Futbol02:41
Video
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
Region02:19