Tramp Venesuelaya qarşı sanksiyaların müddətini uzadıb

Digər ölkələr
  • 20 fevral, 2026
  • 01:16
Tramp Venesuelaya qarşı sanksiyaların müddətini uzadıb

ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı ilk dəfə 2015-ci ildə tətbiq edilən sanksiyaların müddətini daha bir il uzadıb.

"Report" xəbər verir ki, bu, Federal Reyestrin saytında dərc olunan sənəddə qeyd edilib.

Venesuelaya qarşı bu məhdudiyyətlər ABŞ-nin sabiq Prezidenti Barak Obama tərəfindən 2015-ci ilin martında insan hüquqlarının pozulması ilə əlaqədar imzalanan fərman əsasında tətbiq olunub.

Sonrakı illərdə bu sanksiyalar genişləndirilib, sərtləşdirilib və uzadılıb.

Bildirilib ki, qeyd olunan məhdudlaşdırıcı tədbirlərin qəbul edilməsinə səbəb Venesueladakı vəziyyətdir. Çünki bu, ABŞ-nin milli təhlükəsizliyi və xarici siyasəti üçün təhlükə təşkil edir. "Buna görə də mən 13692 saylı icra fərmanı ilə elan edilən fövqəladə vəziyyət rejimini uzadıram", - Amerika lideri qeyd edib.

Sanksiyaların uzadılması rəsmi olaraq fevralın 20-də dərc ediləcək.

ABŞ hakimiyyəti son bir neçə həftə ərzində Venesuelanın neft-qaz sektorunda fəaliyyətlə bağlı müəyyən əməliyyatları sanksiyalara məruz qoymur.

Son xəbərlər

Bütün Xəbər Lenti