Tramp "The New York Times"a qarşı 15 milyard dollarlıq məhkəmə iddiası qaldırıb
- 16 sentyabr, 2025
- 08:52

ABŞ Prezidenti Donald Tramp "The New York Times" qəzetinə qarşı məhkəmə iddiası qaldırıb.
"Report" xəbər verir ki, ABŞ lideri bu barədə "Truth Social" sosial şəbəkəsində məlumat yayıb.
O bildirib ki, nəşrə qarşı böhtan və nüfuzdan salma ittihamı ilə məhkəmə iddiası qaldırıb. Trampın sözlərinə görə, bu iddianı qaldırmaq onun üçün "böyük şərəfdir".
Tramp qəzetin "sol-radikal Demokrat Partiyasının ruporu" olduğunu və onu ölkə tarixindəki "ən pis qəzetlərdən biri" kimi xarakterizə edib. Məlumata görə, 15 milyard dollarlıq məhkəmə iddiası Florida ştatında təqdim olunub.
Prezident Tramp "The New York Times"ı 2024-cü il prezident seçkilərində onun rəqibi, o zaman vitse-prezident olan Kamala Harrisə açıq dəstək verməkdə və həm özünə, həm də ailə üzvləri ilə yaxın çevrəsinə böhtan atmaqda ittiham edib.