Tramp Si Cinpini ABŞ-yə səfərə dəvət edib
Digər ölkələr
- 14 may, 2026
- 15:23
ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpini sentyabrın 24-də Vaşinqtona səfərə dəvət edib.
"Report" xarici mediaya istinadən xəbər verir ki, o bunu Si Cinpinin Pekində Trampın şərəfinə verdiyi ziyafətdə söyləyib.
"Sizə və xanım Penqə (Penq Liyuan - Si Cinpinin həyat yoldaşı) sentyabrın 24-də bizi (ABŞ - red.) ziyarət etmək üçün dəvət göndərmək şərəfinə malikəm", - Tramp bildirib.
Tramp həmçinin qeyd edib ki, bu gün tərəflər çox məhsuldar danışıqlar aparıb, liderlərin bir çox müxtəlif məsələləri müzakirə etmək üçün "dəyərli" imkanları olub.
Tramp əlavə edib ki, Çində onu "möhtəşəm" qarşılayıblar.
Qeyd edək ki, Tramp mayın 13-15-də Çinə səfər edir.
Son xəbərlər
05:34
Tramp: ABŞ Milli Kəşfiyyat İdarəsinə yeni direktor axtarışını davam etdirir
Digər ölkələr05:07
Tramp kömür sənayesinə 700 milyon dollar ayrıldığını elan edib
Digər ölkələr04:47
"Real" PSJ-nin oyunçusu üçün 150 milyon avro ödəməyə hazırdır
Futbol04:24
Tramp ABŞ-nin Kubada rejim dəyişikliyi etmək niyyətini açıqlayıb
Digər ölkələr03:54
Almaniyada ehtiyat hissələrinin çatışmazlığı səbəbindən müdafiə qabiliyyətinə təhlükə yaranıb
Digər ölkələr03:21
Heqset Boliviyadakı etirazları pisləyib və narkotik kartelləri ilə bağlı xəbərdarlıq edib
Digər ölkələr02:45
Andrey Plenkoviç: Qərbi Balkan ölkələrinin gələcəyi Aİ daxilindədir
Digər ölkələr02:17
"Politico": ABŞ Almaniyaya "Tomahawk" raketlərinin tədarükündən imtina edə bilər
Digər ölkələr01:59