Tramp Rusiya - Ukrayna müharibəsini fəlakət adlandırıb

Digər ölkələr
  • 23 noyabr, 2025
  • 18:50
Tramp Rusiya - Ukrayna müharibəsini fəlakət adlandırıb

ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər o vəzifədə olsaydı Rusiya-Ukrayna müharibəsi baş verməzdi.

"Report"un məlumatına görə, Tramp bunu "Truth Social" sosial şəbəkəsində yazıb.

"Rusiya ilə Ukrayna arasındakı müharibə amansız və dəhşətlidir, bu, güclü və dürüst ABŞ rəhbərliyi dövründə heç vaxt baş verməzdi. Bu, mənim ikinci müddətə vəzifəyə başlamağımdan çox əvvəl, Co Bayden administrasiyası dövründə başladı və daha da pisləşdi. Əgər 2020-ci il prezident seçkiləri saxtalaşdırılmasaydı, Ukrayna ilə Rusiya arasında müharibə olmazdı, necə ki, mənim birinci müddətimdə bu barədə heç bir söz deyilmədi", - o vurğulayıb.

Vaşinqton administrasiyası rəhbərinin sözlərinə görə, Rusiya lideri Vladimir Putin o vaxtkı ABŞ Prezidenti Co Baydenin zəif rəhbərliyi səbəbindən şansdan istifadə edib.

Tramp qeyd edib ki, ona heç vaxt baş verməməli olan müharibə miras qalıb. Müharibədə xüsusən insanlar mənasız yerə həlak olur.

Tramp həmçinin Rusiya neftini almağa davam edən Avropanın hərəkətlərini tənqid edib.

O, ABŞ-nin Ukraynaya ötürülməsi üçün NATO-ya külli miqdarda silah tədarükünə davam etdiyini vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti