Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
Digər ölkələr
- 23 yanvar, 2025
- 23:44
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə dərhal görüşmək istədiyini bildirib.
"Report" xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
Amerika liderinin fikrincə, Rusiya Ukrayna ilə sülh müqaviləsi bağlamağa çalışmalıdır.
"Ola bilsin, onlar müqavilə imzalamaq istəyirlər. Düşünürəm ki, Putin məni görmək, mümkün qədər tez görüşmək istərdi. Mən dərhal görüşərdim", - Tramp deyib.
Amerika liderindən Rusiyaya qarşı sanksiyaların ölkə rəhbərliyini danışıqlara sövq edəcəyinə inanıb-inanmadığı da soruşulub. “Bilmirəm, amma düşünürəm ki, Putin razılığa gəlməlidir”, - Tramp deyib.
Son xəbərlər
20:23
Fransada istilərlə əlaqədar ən yüksək təhlükə səviyyəsi elan edilib
Digər ölkələr20:09
Pentaqon UNO-lar barədə arxiv materiallarının dördüncü paketini açıqlayıb
Digər ölkələr19:51
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
Daxili siyasət19:49
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
Daxili siyasət19:47
İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Daxili siyasət19:45
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Daxili siyasət19:44
Foto
Prezident İlham Əliyev Xocavəndin Quzeyxırman kəndində olub - YENİLƏNİB
Daxili siyasət19:39
Banqladeşdə daşqınlar 44 nəfərin həyatına son qoyub, yüz minlərlə sakin evsiz qalıb
Digər ölkələr19:27