Tramp: Meksikanı narkokartellər idarə edir

Digər ölkələr
  • 02 sentyabr, 2025
  • 08:48
Tramp: Meksikanı narkokartellər idarə edir

Meksikanı narkokartellər idarə edir.

"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "The Daily Caller" portalına müsahibəsində bildirib.

"Mən Meksika prezidentini (Klaudiya Şeynbaum-red.) çox sevirəm. Düşünürəm ki, o, möhtəşəm bir qadındır, çox zərif və gözəldir. Amma Meksikanı kartellər idarə edir. Mən oraya hərbçilər göndərməyi təklif etdim, amma o, bunu etməyimizi istəmir. Çünki o qorxur", - deyə Tramp vurğulayıb.

Daha əvvəl "The New York Times" qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, Tramp Pentaqona Latın Amerika narkokartellərə qarşı hərbi güc tətbiqinə başlamaq üçün gizli direktiv imzalayıb. Bu məlumatı şərh edərkən Şeynbaum bəyan edib ki, Meksika öz ərazisində narkokartellərə qarşı əməliyyatlar keçirmək üçün ABŞ hərbçilərinin iştirakına icazə verməyəcək. Onun sözlərinə görə, ABŞ Meksikaya hərbçilər göndərməyəcək.