Tramp komandasına İran rəsmiləri ilə görüşməyi tapşırıb
Digər ölkələr
- 17 iyun, 2025
- 07:36
ABŞ Prezidenti Donald Tramp komandasının üzvlərinə İsrail və İran arasında davam edən münaqişə fonunda İran rəsmiləri ilə mümkün qədər tez görüşməyi tapşırıb.
“Report” xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
“Tramp komandasının üzvlərinə İran rəsmiləri ilə qısa zamanda görüşməyə çalışmağı tapşırıb”, - telekanal mənbəyə məlumat yayıb.
Məlumata görə, Tramp iranlılarla vasitəçilərin köməyi ilə təmasların bazar ertəsi baş verdiyini etiraf edib.
Kanadada keçirilən G7 sammitində Avropa liderləri ilə söhbətində Tramp həmkarlarına deyib ki, İsrail və İran arasında atəşkəsə nail olmaq üçün müzakirələr gedir. CNN qeyd edib ki, prezident Tehranın İsraillə münaqişəni həll etmək üçün diplomatiyaya ciddi yanaşdığını müəyyən etməyə çalışır.
Son xəbərlər
15:49
AZAL: Bakı-Şımkent reysi ticarət-iqtisadi və humanitar əlaqələri gücləndirəcək
İnfrastruktur15:48
"Technip" SOCAR ilə Azərbaycanda plastikdən bioyağ istehsalı üzrə "yaşıl layihə" hazırlayır
Energetika15:46
Qazaxıstan Ələtdəki layihə də daxil olmaqla, xaricdə terminal şəbəkəsinin inkişafını sürətləndirəcək
İnfrastruktur15:45
Foto
Azərbaycanın gənc cüdoçuları Krasnoyarskda keçirilən turnirdə 3 medal qazanıblar
Fərdi15:45
Azərbaycana birbaşa xarici investisiyalarda neft-qaz sektorunun payı artıb
Maliyyə15:43
Cəmil Manizadə: "Bakı-Şımkent aviareysi dostluq və əməkdaşlıq rəmzi olacaq"
Turizm15:41
Foto
Rövşən Rzayev vətəndaş qəbulu keçirib
Daxili siyasət15:37
Azərbaycanın nəqliyyat xidmətləri balansında I rübdə 507 milyon dollarlıq profisit yaranıb
Maliyyə15:33
Foto