Tramp Kolumbiyada hərbi əməliyyatın mümkünlüyünü güman edir

Digər ölkələr
  • 05 yanvar, 2026
  • 06:34
Tramp Kolumbiyada hərbi əməliyyatın mümkünlüyünü güman edir

ABŞ Prezidenti Donald Tramp narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində Kolumbiyada hərbi əməliyyatın mümkünlüyünü istisna etməyib.

"Report"un məlumatına görə, o, bu açıqlamanı Milad və Yeni il tətillərini Mar-a-Laqo iqamətgahında keçirdiyi Vest-Palm-Biçdən Vaşinqtona gedən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən verib.

Tramp ABŞ-nin "xəstə qonşusu" adlandırdığı Venesueladakı vəziyyətlə bağlı Kolumbiyanı da eyni şəkildə xarakterizə edib. "Onu kokain istehsal etməyi və ABŞ-yə satmağı sevən xəstə adam idarə edir. O, bunu uzun müddət etməyəcək – bunu mən sizə deyirəm", - ABŞ Prezidenti bildirib.

ABŞ-nin Kolumbiyada hərbi əməliyyatın mümkünlüyünü nəzərdən keçirib-keçirmədiyi soruşulduqda, Tramp "bu, yaxşı səslənir" cavabını verib.

Son xəbərlər

Bütün Xəbər Lenti