Tramp gələn həftə ABŞ-də Zelenski ilə görüşmək niyyətindədir
Digər ölkələr
- 07 fevral, 2025
- 19:19
ABŞ Prezidenti Donald Tramp gələn həftə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüş keçirməyi planlaşdırır, görüş Vaşinqtonda baş tuta bilər.
“Report” xəbər verir ki, bu barədə Amerika lideri Ağ evdə Yaponiya Baş naziri Sigeru İşiba ilə danışıqların başlanmasından əvvəl jurnalistlərə bildirib.
“Mən, yəqin ki, gələn həftə Prezident Zelenski ilə görüşəcəyəm və yəqin ki, Rusiya Prezidenti Vladimir Putinlə danışacağam. O (Zelenski – red.), gələn həftə mənimlə görüşə bilər. O nəyi üstün tutsa, mən buradayam”, – Tramp Putinlə söhbətin nə vaxt baş tuta biləcəyini izah etmədən vurğulayıb.
ABŞ liderinin sözlərinə görə, Zelenski ilə görüş paytaxt “Vaşinqtonda keçirilə bilər”.
“Ora (Ukraynaya – red.) getməyəcəyəm”, – o əlavə edib.
Son xəbərlər
02:06
İranın bəzi ərazilərində partlayış səsləri eşidilir
Region02:00
Serbiyada yanacağa tətbiq olunan aksiz vergisi azaldılıb
Digər ölkələr01:47
CENTCOM İrana qarşı yeni zərbələrin başladığını bəyan edib
Digər ölkələr01:37
Banqkokda barda baş verən yanğın zamanı azı 27 nəfər həlak olub
Digər ölkələr01:13
Azərbaycanın sərbəst güləş millisi iki rekordu yeniləyib
Fərdi01:02
SEPAH: ABŞ-nin HIMARS raket kompleksinin döyüş sursatları məhv edilib
Region00:35
Venesuelada zəlzələ qurbanlarının sayı artıb
Digər ölkələr00:23
Çilidə avtomobil yarmarka ziyarətçilərini vurub, altı nəfər ölüb
Digər ölkələr23:58