Tramp FTB direktorunu vəzifəsindən azad edib
Digər ölkələr
- 09 may, 2017
- 22:24
Bakı. 10 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun (FTB) direktoru Ceyms Komini vəzifəsindən azad edib.
"Report"un məlumatına görə, bu barədə "Associated Press" Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verib.
Ağ Evin mətbuat katibi Şon Spayser "CBS News"un canlı efirində Kominin vəzifəsindən azad edildiyini təsdiqləyib. "Bu gün prezident Donald Tramp FTB-nin direktoru Ceyms Komini onun səlahiyyətlərinə xitam verilməsi barədə məlumatlandırdı və o, vəzifəsindən azad edildi" – deyə Şon Spayserin açıqlamasında bildirilir.
"The Wall Street Journal" nəşrinin xəbərinə görə, Kominin vəzifəsindən azad edilməsi ABŞ-ın baş prokuroru Ceff Seşnsin tövsiyəsi ilə baş verib.
Son xəbərlər
21:02
"Bloomberg" ərzaq qiymətlərinin artım riski barədə xəbərdarlıq edib
Digər ölkələr20:49
Video
Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi Şərqi Zəngəzurda keçirilir
Daxili siyasət20:37
Bəqai: İslam ölkələri arasında mehriban qonşuluğun tərəfdarıyıq
Region20:20
Türkiyədə cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib, 11 nəfər saxlanılıb
Region20:02
ABŞ 50 ölkə vətəndaşı üçün viza girovunu 20 min dollara qədər artırıb
Digər ölkələr19:54
Foto
Masallıda zibil poliqonunda başlayan yanğın taxıl sahələrinə keçib - YENİLƏNİB
Hadisə19:37
Lerikdə zəlzələ baş verib
Hadisə19:35
İranlı general: Gələcək müharibələr müdafiə iqtisadiyyatındakı üstünlüyə əsaslanacaq
Region19:23