Tramp Çikaqoya 300 milli qvardiyaçının göndərilməsinə tapşırıq verib
Digər ölkələr
- 05 oktyabr, 2025
- 07:37

ABŞ Prezidenti Donald Tramp federal xidmət agentlərinin təhlükəsizliyini təmin etmək üçün Çikaqoya (İllinoys ştatı) Milli Qvardiyanın 300 hərbçisini göndərmək barədə sərəncam verib.
"Report"un "Politico" qəzetinə istinadən məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibinin müavini Ebiqeyl Cekson bildirib.
"Demokrat Partiyasını təmsil edən İllinoys ştatının qubernatoru Cey Robert Pritsker kimi yerli rəhbərlərin dayandırmaqdan imtina etdikləri şiddətli iğtişaşlar və qanunsuzluq fonunda prezident Tramp federal işçiləri və əmlakı qorumaq üçün Milli Qvardiyanın 300 əsgərinin cəlb edilməsinə icazə verib", - qəzet onun bəyanatını sitat gətirir.
"Prezident Tramp Amerika şəhərlərini məhv edən qanunsuzluğa göz yummayacaq", - deyə o əlavə edib.
Son xəbərlər
10:21
Mikayıl Cabbarov: Ölkəmizdə dayanıqlı iqtisadiyyatın güclənməsində təhsilin müstəsna əhəmiyyəti var
Daxili siyasət10:14
Səbail rayonunda yanğın olub
Hadisə10:11
Gürcüstanda 4 oktyabr etiraz aksiyasının təşkilatçıları saxlanılıb
Region10:11
Video
Bakı–Şamaxı yolunda avtomobilin təkərinin partlaması xəsarətlə nəticələnib
Hadisə10:03
Bitkoinin qiyməti rekord qırmaqda davam edir
Maliyyə09:40
Türkiyədə şənlik mərasimində kütləvi dava zamanı 6 nəfər bıçaqlanıb
Region09:21
Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
Komanda09:14
Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq
Futbol09:12