Tramp Ali Məhkəmənin yeni üzvlüyünə namizəd irəli sürdü
Digər ölkələr
- 26 sentyabr, 2020
- 23:51
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Ali Məhkəməsinin üzvü vəzifəsinə Apellyasiya Məhkəməsinin hakimi Emi Koni Barretin namizədliyini irəli sürüb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "NBC News" bildirib.
"Bu gün ölkəmizdəki ən parlaq və istedadlı hüquqi zəkalardan birinin namizədliyini irəli sürməkdən şərəf duyuram", - Tramp deyib.
48 yaşlı Barrett seçiləcəyi təqdirdə Ali Məhkəmədə işləyəcək beşinci qadın və hazırkı məhkəmənin ən gənc üzvü olacaq.
Barrett indi Viskonsin, İllinoys və İndianadaki işlərlə məşğul olan ABŞ-ın Yeddinci Dairəsinin Apellyasiya Məhkəməsində hakimdir. Mühafizəkar fikirləri ilə tanınır və xüsusən abortun əleyhinədir.
Son xəbərlər
10:27
"Çelsi"dən ayrılan mütəxəssis sabiq klubuna qayıda bilər
Futbol10:23
Rusiya Ukraynada NATO qoşunlarının yerləşdirilməsinə qarşıdır
Region10:14
Foto
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib
Daxili siyasət09:49
Yaponiyanın Baş naziri seçki kampaniyası zamanı xəsarət alıb
Digər ölkələr09:46
Azərbaycan Basketbol Liqasında XV tura yekun vurulur
Komanda09:25
Meksika Kubaya neft tədarükünü dayandırıb
Digər ölkələr09:11
Hindistan İrandan deyil, Venesueladan neft alacaq
Digər ölkələr09:03
Premyer Liqa: "Neftçi" "Araz-Naxçıvan"la, "Qarabağ" "Turan Tovuz"la üz-üzə gələcək
Futbol08:56