Tramp: ABŞ Venesuelanın narkotik kartelinə ikinci dəfə zərbə endirib

Digər ölkələr
  • 16 sentyabr, 2025
  • 00:28
Tramp: ABŞ Venesuelanın narkotik kartelinə ikinci dəfə zərbə endirib

ABŞ Silahlı Qüvvələri Cənubi Komandanlığın məsuliyyət zonasında narkotik kartelləri və narkoterrorçulara qarşı ikinci dəfə əməliyyat keçirib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində məlumat paylaşıb.

Tramp bildirib ki, beynəlxalq sularda Venesueladan ABŞ-yə doğru qanunsuz narkotik maddələr daşıyan gəmiyə zərbə endirilib. Zərbə nəticəsində 3 kişi terrorçu məhv edilib. ABŞ qüvvələri arasında itki yoxdur.

"Əgər amerikalıları öldürə biləcək narkotik maddələr daşıyırsınızsa, biz sizi izləyirik! Bu kartellərin qanunsuz fəaliyyəti on illərdir Amerika cəmiyyətlərinə dəhşətli təsirlər göstərmiş, milyonlarla amerikalının ölümünə səbəb olmuşdur", - Tramp qeyd edib.

Ağ Ev, öz növbəsində, əməliyyata dair görüntüləri paylaşıb.

Xatırladaq ki, daha əvvəl sentyabrın 3-də ABŞ Silahlı Qüvvələri beynəlxalq sularda keçirdiyi əməliyyat zamanı Venesuelanın "Tren de Aragua" narkokartelinin 11 üzvünü məhv edib.

Son xəbərlər

Bütün Xəbər Lenti