Tramp ABŞ qoşunlarını Suriyadan çıxarır
Digər ölkələr
- 03 aprel, 2018
- 19:19
Bakı. 3 aprel. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ qoşunlarını Suriyadan çıxarmaq və Amerika hərbçilərini vətənə göndərmək niyyətindədir.
"Report"un məlumatına görə, bu barədə "RT" xəbər verib.
Məlumatda bildirilir ki, Ağ Ev rəhbəri Estoniya, Latviya və Litva liderləri ilə görüşünün yekunlarına dair mətbuat konfransında bu haqda bildirib.
"Biz İŞİD-lə mübarizədə böyük uğura nail olduq və mən qoşunları (Suriyadan) çıxarmaq, hərbçiləri evə qaytarmaq istəyirəm", - deyə Tramp bildirib.
Daha əvvəl mətbuat xəbər verib ki, ABŞ prezidenti Vaşinqtonun Suriyanı bərpa etmək və burada humanitar səylər göstərmək məqsədi ilə 200 milyon dollar ayırmasını əngəlləyib.
Son xəbərlər
06:43
ABŞ-nin Əhvaza hücumu nəticəsində ölən və yaralananlar var
Region06:03
Bakının bəzi ərazilərində işıq kəsiləcək
Energetika05:34
ABŞ 60 ölkəyə qarşı əlavə rüsumlar tətbiq edir
Digər ölkələr05:08
İranın bəzi şəhərləri ABŞ-nin hava hücumuna məruz qalıb
Region04:31
Tramp: Ticarət gəmilərinə dəyən zərər dondurulmuş İran aktivləri hesabına ödəniləcək
Digər ölkələr04:02
Azərbaycan BMT TŞ-də qətnamələrin icrasının vacibliyini qabardıb
Xarici siyasət03:44
Şanlıurfada avtomobil dərəyə aşıb, sərnişinlər ölüb
Region03:15
Senat Trampın İranla müharibədə səlahiyyətlərini məhdudlaşdırmayıb
Digər ölkələr02:48